İsgəndərlinin komandası yenə məğlubiyyətə üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kocaelisspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 14-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Keçiörengücü” 9 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button