İsgəndərlinin komandası mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi Albaniya “Eqnatiya”sı Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
Komanda.az xəbər verir ki, sözügedən komanda ilk görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Ararat” ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada da komandalar hərəyə 2 qol vurublar. Ona görə görüş penalti seriyası ilə davam edib. “Ararat” penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
İsgəndərli sözügedən oyunda meydana start heyətində çıxıb. O, 62-ci dəqiqədə əvəzlənib.
“Eqnatiya”ya bu yay keçən İsgəndərli Albaniya klubundakı debüt matçını məhz “Ararat”a qarşı Ermənistandakı oyunda keçirmişdi. O, səfərdəki matçın 59-cu dəqiqəsində meydana buraxılmışdı.
Bizi Facebook-da izləyin