
İsgəndərlinin komandası ağır məğlubiyyətə üzüldü
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 18-ci tur çərçivəsində evdə “Tirana” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 0:5 hesablı məğlubiyyətlə ayrılıb.
İsgəndərli bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
“Eqnatiya” hazırda 37 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin