İsgəndərlinin komandası Ələskərovu məyus etdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, hesabat turu iki azərbaycanlı futbolçu – Namik Ələskərovla Vüsal İsgəndərlinin komandalarının dueli ilə əlamətdar olub.

Belə ki, Namikin formasını geyindiyi “Bursaspor” səfərdə Vüsalın komandası – “Keçiörengücü” ilə qarşılaşıb. Bursalılar üç qolun qeydə alındığı bu oyundan məğlubiyyətə üzülüblər – 1:2.

Vüsal bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Əvəzində Namik start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Bursaspor” 28 oyuna topladığı 28 xalla 19 kollektiv arasında 18-ci, “Keçiörengücü” isə 38 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button