İsgəndərlidən Albaniyada daha bir qol

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda 10-cu tur çərçivəsində səfərdə “Skenderbeu” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

İsgəndərli oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə Vüsal vurub. 53-cü dəqiqədə isə o, sarı vərəqə alıb.

“Eqnatiya” hazırda 20 xalla 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button