İsgəndərli üçün yarım saat və 1 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Keçiörengücü” 15 turdan sonra 14 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button