
İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi
Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Ərzurumspor”la qarşılaşıb.
Doğma meydanda baş tutan oyun “Boluspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə də alıb.
“Boluspor” bu nəticədən sonra 39 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin