İsgəndərli “Samsunspor”a qarşı 73 dəqiqə oynadı
Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
“Keçiörəngücü” dörd turdan sonra 4 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin