
İsgəndərlinin komandasından növbəti qələbə
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 12-ci tur çərçivəsində səfərdə “Erzeni” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
İsgəndərli bu matçın 78-ci dəqiqəsində meydana buraxılıb.
“Eqnatiya” hazırda 26 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin