İsgəndərli üçün 34 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu meydana çıxandan 10 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.

“Keçiörengücü” 14 turdan sonra 13 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button