İsgəndərli Türkiyə klubunda debüt etdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Boluspor”da debüt edib.

Komanda.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turda “Adanaspor”a qarşı səfər matçında iştirak edib.

28 yaşlı oyunçu start heyətdə meydana daxil olub və 82-ci dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.

“Boluspor” 23 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, İsgəndərli bu ay “Boluspor”la 1,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button