
“İstefadan qorxmuram” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli komandadan göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis istefadan qorxmadığını bildirib:
“Mən bundan qorxmuram. Rəhbərliyim altında olan komandanın potensialını tam şəkildə ortaya qoymasını istərdim. Biz meydanda daha uzun müddət yaxşı oyun nümayiş etdirməliyik”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində 33 xalla 3-cüdür. Komanda lider “İnter”dən 12 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin