İsayevin yubiley oyunu

Aleksey İsayev “Sabah”in heyətində 100-cü çempionat oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 11-ci turuna təsadüf edib.

O, “Kəpəz”ə qalib gəldikləri səfər görüşündə (3:1) sonradan meydana çıxıb.

2020-2023-cü illər aralığında da Bakı təmsilçisində oynayan, cari mövsümün gedişində kluba dönən İsayev 100 oyunda 11 qol vurub.

Aleksey İsayev “Sabah”dan başqa, “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, Premyer Liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button