
İsayev: “Maqsud Adıgözəlov karyeramda böyük rol oynadı”
“Qarabağ”ın və Azərbaycan millisinin üzvü Aleksey İsayev Rusiya mətbuatına müsahibə verib. Yarımmüdagiəçi müsahibə zamanı “Sabah”da keçirdiyi dövr ilə bağlı da danışıb. O, Masazır təmsilçisinə gəldikdə zədəli olduğunu, buna rəğmən, “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun ona dəstək verdiyini bildirib:
“Mən hələ “Sumqayıt”dan “Qarabağ”a keçməli idim, amma təəssüf ki, məzuniyyətdə həyətimizdə oynayarkən beşinci pəncə sümüyümü sındırdım. Həmin an bir az qorxdum, elə bil ki, “komandam qalmadı” deyə, düşündüm. Elə bu vaxt “Sabah” mənimlə əlaqə saxladı. Klubun prezidenti Maqsud Adıgözəlovla görüşdük. O insan da mənim karyeramda böyük rol oynadı. O, məni zədəli halda komandaya götürdü. Mən “Sabah”a əsa ilə gəldim, əməliyyat olundum, sağaldım və oynamağa başladım”.
İsayev “Sabah”da 2020-2024-cü illər aralığında çıxış edib.
Bizi Facebook-da izləyin



