İsakın taleyi ondan asılıdır

“Nyukasl”ın isveçli hücumçusu Aleksander İsakın taleyi klubun sədri və Səudiyyə Ərəbistanı dövlət sərmayə fondunun rəhbəri Yaser Əl-Rumayyanın əlindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Telegraph Football” məlumat yayıb.

Avropanın top-klubları, o cümlədən “Liverpul” və Səudiyyə Ərəbistanı klublarının artan marağına baxmayaraq, “Nyukasl” qəti mövqeyə malikdir: İsak uzunmüddətli layihənin mühüm hissəsi olaraq qalır və transfer siyahısında yoxdur.

25 yaşlı futbolçunun özü əvvəllər klubla hazırkı müqaviləsinin müddətini uzatmaqdan imtina etmişdi, bu da mümkün gediş şayiələrinə təkan verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button