İsak hansı kluba keçəcəyinə qərar verib

“Nyukasl”ın hücumçusu Aleksander İsak yay transfer pəncərəsində hara gedəcəyinə qərar verib.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, isveçli forvard karyerasını “Arsenal”da davam etdirmək istəyir.

“Sağsağanlar” İsakın transferi məsələsində heç bir güzəştə getməyəcək, çünki o, onların əsas “sərvət”idir. “Topçular” İsakı transfer etmək üçün çox güman ki, tarixlərində rekord məbləğ ödəməli olacaqlar. “Liverpul” da onunla maraqlanmağa davam edir.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button