Venger “Qarabağ”ın rəqibinin futbolçuları haqda: “Hələ ən yaxşı formada deyillər”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un yarımmüdafiəçisi Florian Virts və hücumçusu Aleksander İsakın oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis bunu deyib:

“Bəzən oyunçulara vaxt lazımdır. İsak və Virtsdə mütləq istedad var. Amma onlar hələ ən yaxşı formada deyillər. Onlar komanda şəklində oynamalı, sadiqliklərini göstərməlidirlər və sonra özünəinam gələcək”.

“Liverpul”un son oyunu UEFA Çempionlar Liqasının 3-cü turunda “Ayntraxt”a (Frankfurt) qarşı olub – 5:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button