İsak – “Nyukasl” münaqişəsi davam edir

“Nyukasl”ın hücumçusu Aleksander İsakın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, isveçli futbolçu komandadan ayrılmaqda israrlıdır və peşəkar davranış qaydalarını pozduğu üçün məşqlərdən kənarlaşdırılıb.

İsak “Sent-Ceyms Park” karyerasının başa çatdığını düşünür. O, hələ ötən yay “Nyukasl” rəhbərliyinə 2024/25 mövsümünün onun klubdakı son ili olacağını deyib. Son mövsümün bitməsinə iki həftə qalmış isə komandanı tərk etmək istəyini bir daha təsdiqləyib.

Daha əvvəl “Nyukasl” İsakı “Liverpul”a 110 milyon funt-sterlinqə (təxminən 127,5 milyon avro) satmaqdan imtina etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button