
“Liverpul” İsakla anlaşıb
“Nyukasl”ın hücumçusu Aleksander İsak yay transfer pəncərəsi bağlanmazdan əvvəl “Liverpul”a keçidinə ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli forvard artıq “Liverpul”la şifahi razılığa gəlib və “Nyukasl” rəhbərliyinə klubda qalmaq istəmədiyini bildirib.
İsak “Nyukasl”ı sevsə də, burada nə Premyer Liqa, nə də UEFA Çempionlar Liqasını qazanmağın real olduğuna inanır. Bu səbəbdən, o, daha iddialı bir mühitə – “Liverpul”a keçərək bütün titulları qazanmaq niyyətindədir.
“Nyukasl” 25 yaşlı futbolçu üçün 150 milyon avrodan çox təzminat tələb edir. “Liverpul” da onun üçün İngiltərə futbol tarixində rekord məbləğ ödəməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin