
“Nyukasl”ın “üsyankar” hücumçusu ilk turu buraxacaq
“Nyukasl”ın hücumçusu Aleksander İsak Premyer Liqanın ilk turunda “Aston Villa” ilə keçiriləcək oyunda iştirak etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli forvard “sağsağanlar”ın iştirak ərizəsinə daxil edilməyib.
Daha əvvəl məlum olmuşdu ki, 24 yaşlı futbolçu “Liverpul”a keçmək istədiyi üçün “Nyukasl”la məşqlərə çıxmaqdan imtina edib. Klub isə oyunları buraxacağı təqdirdə, onu cərimələməyi planlaşdırır.
İsak 2022-ci ilin yayından “Nyukasl”da çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 34 oyunda iştirak edib və 21 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



