Klubunu dəyişmək məcburiyyətindədir
“Yuventus”un yarımmüdafiəçisi Anxel di Mariya tezliklə Turin klubunu tərk edə və azad agent ola bilər.
Komanda.az “Sky Italia”-ya istinadən xəbər verir ki, “qoca sinyora” heyətini gəncləşdirmək istədiyi üçün 35 yaşlı futbolçu iş yerini dəyişmək məcburiyyətində qalıb. Lakin futbolçunun özü “Yuventus”da qalmaq istəyir.
Öncədən Turin təmsilçisinin argentinalı ilə yola davam etmək niyyətində olduğu bildirilirdi.
Di Mariya 2022-ci ilin yayında “Yuventus”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin