“İş etikası, qolları, məhsuldar ötürmələri…”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 25-ci turunun “Bornmut”la oyununu (4:1) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Erlinq Haland və Fil Foden haqda danışıb:

“Halandın oyunu inanılmaz idi. Biz onu sevirik. O, bizə kömək edir.

Foden isə bizim üçün çox vacib oyunçudur. İş etikası, qolları, məhsuldar ötürmələri… Addım-addım aramıza qayıdacaq”.

“Şəhərlilər” hazırda İngiltərə çempionatının turnir cədvəlində 55 xalla ikincidir. Onlar yalnız “Arsenal”dan geri qalır (57 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button