Neymara 1 milyard dollarlıq miras vəsiyyət edilib

Braziliyalı iş adamlarından biri öz vəsiyyətnaməsində “Santos”un hücumçusu Neymarın adını qeyd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı sahibkar, barziliyalı futbolçunu rəsmi olaraq varisi kimi göstərib və ona dəyəri təxminən 1 milyard dollar olan aktivlərini vəsiyyət edib.

Hazırda Neymarın nümayəndəri bu xəbəri təsdiqləməyib. Onun nümayəndələrinə mümkün mirasla bağlı heç bir rəsmi sənəd təqdim olunmayıb.

33 yaşlı futbolçu bu ilin yanvarında “Santos”a qayıdıb. Onun Braziliya klubu ilə müqaviləsinin müddəti ilin sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button