FİFA prezidenti: “Udinezedə baş verən hadisələr iyrəncdir”

Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino azarkeşləri irqi zəmində futbolçulara hörmətsizlik edən klublara texniki məğlubiyyət verilməsini istəyib.

Komanda.az xəbər verir ki, İnfantino bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Udinezedə baş verən hadisələr qəbuledilməz və iyrəncdir. İrqçilik və digər ayrı-seçkiliyin futbolda, cəmiyyətdə yeri yoxdur. Şənbə günü baş verən hadisələrdən təsirlənən futbolçulara tam dəstəyimi bildirirəm.

Üç mərhələli prosesə əlavə olaraq, azarkeşləri irqçi olan və matçın ləğvinə səbəb olan komanda üçün avtomatik məğlubiyyət tətbiq etməli, həmçinin irqçilərin bütün dünyada stadionlara gəlməsini qadağan etməli və onların mühakimə olunmasını təmin etməliyik”.

Dünən İtaliya A Seriyasının 21-ci turunda keçirilən “Udineze” – “Milan” görüşündə (2:3) azarkeşlər Milan klubunun qolkiperi Mayk Menyanı fitə basıblar. Bu səbəbdən, baş hakim Fabio Mareska 32-ci dəqiqədə oyunu bir müddətlik dayandırıb. Menyan isə paltardəyişmə otağına yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button