İrqçiliyə yol verənlər necə cəzalanmalıdır?

“Atletiko Mineyro”nun yarımmüdafiəçisi Halk İspaniya La Liqasının 35-ci turunun “Valensiya” – “Real” matçında (1:0) irqçi çıxışlara məruz qalan Vinisius Junioru dəstəkləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, irqçiliyin qurbanlarından olan Halk, bu barədə danışanda əsəbiləşdiyini vurğulayıb:

“Bu mövzu haqda danışanda əsəbiləşirəm. İrqçilik olmamalıdır. Rusiyada, Portuqaliyada çıxış edərkən mən də irqçiliyin qurbanlarından oldum.

Buna yol verən şəxslər cəzalanmalıdır. Məncə, onlara yalnız bu üsulla nəsə öyrətmək olar. Hansı üsulla cəzalandırmaq yaxşıdır? Həmin komandanın fanatlarını ev matçlarına buraxmamaqla. Təəssüf ki, bir nəfərə görə hər kəs cəzalandırılacaq, amma buna son qoymağın başqa yolu yoxdur.

Vinisiusla bu barədə danışmışam. Bir daha təkrar edirəm: Diqqət! O, bu məsələdə çox güclüdür.

Necə edək? Dünya bu cür dövr edir. Vinisius yaxşı futbolçudur. Eyni tempdə oynamağa davam etməlidir. Bir braziliyalı və futbolçu kimi ona güclü olmağı arzulayıram”.

Vinisius 2018-ci ildən “Real”da forma geyinir. Onun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində 32 liqa oyununa çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button