FİFA prezidenti: “İrqçilik cinayətdir, cinayət”

FİFA-nın prezidenti Canni İnfantino futbolda irqçiliklə mübarizədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mübarizədə bir sıra addımlar atdıqlarını bildirib:

“Biz “Məktəblər üçün futbol” proqramı vasitəsilə irqçilik və ayrı-seçkilik məsələləri də daxil olmaqla təhsil üzərində işləyirik. Və nəhayət, açıq deyək: irqçilik təkcə futbolda mübarizə aparmalı və məğlub etməli olduğumuz problem deyil. Bu, təbii ki, cəmiyyətin problemidir və irqçilik sadəcə olaraq cinayətdir, cinayət.

Buna görə də, biz həm də dünyanın müxtəlif hökumətləri ilə, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə işləyirik ki, irqçiliyə qarşı mübarizə dünyanın hər bir ölkəsinin cinayət qanunvericiliyində əksini tapsın”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button