“İrqçilər birbaşa həbsxanaya – layiq olduqları yerə getsinlər” – “Real”ın futbolçusu

“Real”ın hücumçusu Vinisius Junior İspaniya çempionatının oyunu zamanı irqi təhqirə məruz qalan Markos Akunya, Kike Sançez Flores və Keyk Sarra dəstək olub.

Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Akunya və “Sevilya”nın baş məşqçisi Kike Floresi, eləcə də Sarrı tam dəstəklədiyini bildirib:

“Mən həftəsonu oynamayacam. Ancaq təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verdi. Mən Akunya və “Sevilya”nın baş məşqçisi Kike Flores Sançezi, eləcə də Sarrı tam dəstəkləyirəm. Qoy onların cəsarəti başqalarına ilham versin. İrqçilər tapılmalıdır. İrqçilər tribunada olarkən matçlar davam edə bilməz. Biz yalnız o zaman qalib gələcəyik ki, irqçilər stadionları tərk edib birbaşa həbsxanaya – layiq olduqları yerə getsinlər”.

Vinisius İspaniya çempionatının oyunları zamanı dəfələrlə rəqib komandaların azarkeşlərinin irqçi hücumlarına məruz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button