
“Atletiko”dan ayrılır, keçmiş klubuna qayıdır
“Atletiko”nun futbolçusu Mett Doherti keçmiş klubu “Vulverhempton”a keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı irlandiyalı müdafiəçi ilə sövdələşmə davam edir. Futbolçu artıq tibbi müayinədən keçib.
Doherti bu ilin yanvarında “Tottenhem”dən “Atletiko”ya keçib. O, “Atletiko”ya keçəndən bəri bütün yarışlarda 6 oyuna çıxıb.
Futbolçu 2010-2020-ci illərdə “Vulverhempton”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin