İrlandiyalı futbolçu “Qarabağ”la oyunu xatırlatdı: “Cəzalandırıldıq”

İrlandiya milli komandasının futbolçusu Cemi Makqrat DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az yerli mətbuata istindən xəbər verir ki, Makqrat, 2019/20 mövsümündə “Dandalk”ın heyətində “Qarabağ”a qarşı keçirdikləri Çempionlar Liqası matçını xatırlayıb:

“Evdə “Qarabağ”a qarşı döyüşdük. Yüz faizlik qol epizodlarını dəyərləndirə bilməmişdik. Mən də qol vurmağa yaxın olmuşdum. Səfər oyununda isə cəzalandırıldıq. Avrokuboklardakı bu cür oyunlar insanın gözlərini açır. Ələ düşən imkanı dəyərləndirməsəz və rəqibə kiçik boşluq versəz, cəzalanacaqsız. Bu, səhvlərə görə bizi cəzalandıran komandalarla ilk təcrübəm idi”.

“Qarabağ” 2019/20 mövsümündə Çempionlar Liqasının 2-ci mərhələsində İrlandiyanın “Dandalk”la komandasıyla ilk oyunda 1:1 hesablı heç-heçə etmiş, cavab oyununda isə rəqibini 3:0 hesabıyla darmadağın etmişdi.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button