“Bu, futbolçular üçün böyük stimul olacaq” – İrlandiya millisinin baş məşqçisi

İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Kenni, doğma meydanda oynamalarının azarkeşlər üçün böyük stimul olacağını deyib:

“Seçmə mərhələdə ilk dəfə doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, futbolçular üçün böyük stimul olacaq. Ümid edirəm ki, oyunçular azarkeşlərin müsbət enerjisindən faydalana biləcəklər”.

Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button