İrland futbolçuda İngiltərə ilə matçdan sonra koronavirus aşkarlandı

İrlandiya millisinin futbolçusu Alan Braun koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən komandanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 25 yaşlı futbolçudan İngiltərə ilə yoldaşlıq matçından sonra götürülmüş koronavirus testinin müsbət çıxdığı diqqətə çatdırılıb.

Yarımmüdafiəçi dərhal təcrid edilib. Komandanın digər oyunçularının test nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, İngiltərə yığması İrlandiyanı 3:0 hesabı ilə məğlub edib. Alan Braun matça start heyətdə başlayıb və sonadək meydanda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button