İraq millisində Advokat dönəmi

Futbol üzrə İraq yığmasına yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Dik Advokat çalışdıracaq.

Bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 73 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Advokat artıq iki dəfə karyerasını bitirdiyi elan etsə də, yenə fəaliyyətini davam etdirir. O, hələ Türkiyənin “Fənərbaxça” klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi. Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin “Sparta” və “Utrext”də çalışmışdı. 2019-cu ilin oktyabrından isə o, “Feyenoord”u çalışdırırdı. Bu yay o, sözügedən klubdan ayrılanda da göz yaşları içində karyerasını sonlandırdığını bəyan etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button