İranlı hücumçu “Roma”da – Rəsmi
“Roma” “Bayer”in (Leverkuzen) hücumçusu Sərdar Azmunu icarə əsasında heyətinə qatıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla bir illik müqavilə imzalanıb. Paytaxt klubu cari mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna sahib olacaq.
Rusiyanın “Zenit” və İtaliyanın “Milan” klubu da Azmunu transfer etmək istəyirdi. Ruslar futbolçuya mövsümlük 3 milyon avro maaş təklif etmişdi.
Azmun karyerası ərzində “Rubin”, “Rostov”, “Zenit” kimi klublarda çıxış edib. Onun sonuncu iş yeri “Bayer” olub.
İranlı oyunçu 2022/23 mövsümündə Bundesliqa klubunda 33 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin