“Beşiktaş” iranlı hücumçunu istəyir

“İnter”in iranlı hücumçusu Mehdi Taremi transfer bazarında diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb.

32 yaşlı forvarda İngiltərədən iki klub – “Fulhem” və “Nottingem Forest” maraq göstərir. Bundan əlavə, “Beşiktaş” da onu heyətinə qatmaq istəyir.

Taremi ötən mövsüm A Seriyasında 26 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button