
İranlı futbolçu “Sevilya”ya keçə bilər
İran millisinin hücumçusu Sərdar Azmun karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Sevilya” Azmunla müqavilə imzalamağa yaxındır.
İspaniya təmsilçisi “Bayer”lə danışığa keçərək, Azmunun “Roma”ya icarə müqaviləsinin ləğv edilməsinin mümkün olub-olmamasını müzakirə edib.
29 yaşlı futbolçu “Rubin”, “Rostov”, “Zenit”də oynadıqdan sonra 2022-ci ildə “Bayer”ə keçib. İranlı futbolçu 2027-ci il iyunun 30-na qədər Leverkuzen klubuna məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin