İranlı futbolçu narazıdır – Özünə klub axtarır
“Bayer”in (Leverkuzen) hücumçusu Serdar Azmun bu yay klubu tərk edə bilər.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, 28 yaşlı iranlı hazırda az oynamasından razı deyil və özünə yeni klub axtarır.
“Bayer”in idman direktoru Simon Rolfes, “Serdar getsə, biz onun yerini doldurmaq üçün yeni birini axtaracağıq” deyib.
Azmun 2022-ci ilin yanvarında “Zenit”dən “Bayer”ə keçib. O, 2022/23 mövsümündə Leverkuzen komandasının heyətində 33 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin