İranlı futbolçu Rusiyaya qayıdır?

“Bayer”in (Leverkuzen) hücumçusu Sərdar Azmun “Zenit”ə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı forvardın yenidən Rusiya klubuna dönməsi ilə bağlı danışıqlara start verilib. Futbolçu ilə başqa klubların da maraqlandığı vurğulanıb.

O, ötən ilin yanvarında “Zenit”dən Almaniya təmsilçisinə keçmişdi.

Azmun 2022/23 mövsümündə Bundesliqa klubunda bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, dörd qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xatırladaq ki, öncədən futbolçunun yay transfer pəncərəsində “Bayer”i tərk edə biləcəyi haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button