İranda qadınların stadiona getməsinə icazə verildi
İran Futbol Federasiyası bu ölkənin milli komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi ev oyunları zamanı qadınların da stadiona getməsinə icazə verən qanun qəbul edib.
Komanda.az xəbər verir ki, bu barədə “punchng.com” saytı məlumat yayıb.
Beləliklə, bundan sonra sözügedən ölkədə qadınlar da kişi futbolçulardan ibarət millinin ev oyunlarına gedə, onları arenadan dəstəkləyə biləcək.
İranda 1981-ci ildən bəri qadınların stadiona getməsinə qadağa qoyulmuşdu. Amma FİFA bir neçə il idi ki, İrana bu qanunun ləğvi üçün təsir göstərirdi. Hətta bir müddət öncə FİFA prezidenti Canni İnfantino bu ölkənin futbol federasiyasını sanksiya ilə hədələmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin