İranlı futbolçudan ölkəsində baş verənlərə etiraz: “Ayıb olsun!”
Almaniyanın “Bayer” klubunun iranlı hücumçusu Sərdar Azmun ölkəsində baş verən kütləvi etirazlara münasibət bildirib.
Komanda.az xəbər verir ki, Azmun, sosial şəbəkə hesabında baş verənlərə görə artıq susa bilmədiyini yazıb:
“Federasiyanın qaydalarına görə, təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm, amma daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar. Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir”.
Azmun 2022-ci ilin yanvarında Rusiyanın “Zenit” klubundan “Bayer”ə keçib.
Xatırladaq ki, İranda ictimai iğtişaşlar “hicabını səhv taxdığına” görə həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş verib. İran mediası həbsdən iki saat sonra Məhsanın çoxsaylı döyülmə və işgəncə izləri ilə xəstəxanaya aparıldığını bildirib. Əmini ölsə də, İran polisi hələ də fiziki zorakılıq faktını inkar edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin