
Azərbaycan əsilli sabiq futbolçu: “Xalqımı satmaqdansa, ölməyi üstün tutaram” – FOTO
İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlara münasibət bildirib.
Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında xalqını satmaqdansa, ölməyi üstün tutduğunu deyib:
“Vətən yanırsa, amma sənin ürəyində alov yoxdursa, o zaman mən xalqımı satmaqdansa, ölməyi üstün tutaram.
Qoy vətənimiz əbədi yaşasın!”
İsrail iyunun 13-də gecə saatlarından etibarən İranın hərbi və infrastruktur obyektlərinə, o cümlədən nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirib. Hücumlar hər iki tərəfdən hələ də davam edir.
Keçmiş futbolçu paylaşımına səması İranın konturlarını xatırladan bir foto da əlavə edib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



