İran millisində yeni baş məşqçi
İran millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, Karluş Keyruşun gedişindən sonra boş qalan vəzifəyə Əmir Qalenoi dəvət edilib.
56 yaşlı məşqçi ən azı 2024-cü il Asiya kubokuna qədər yığmaya rəhbərlik edəcək.
O, “Traktor”, “İstiqlal”, “Sepahan”, “Mas Kerman”, “Zob Ahan”, “Gol Gohar” komandalarını çalışdırıb. İranlı məşqçi 2006-2008-ci illər arasında yığmada baş məşqçi vəzifəsində olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin