İran millisində belçikalı baş məşqçi

Futbol üzrə İran millisini çalışdıracaq yeni baş məşqçinin adı məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Mark Vilmotsa tapşırılacaq. Bu barədə İran mətbuatı məlumat yayıb. Vilmotsla müddəti DÇ-2022-nin sonuna qədər olan müqavilə imzalanacaq.

2012-2016-cı illərdə Belçika millisinə rəhbərlik edən Vilmotsun son iş yeri Fil Dişi Sahili yığması olub. Belçikalı mütəxəssis 2017-ci ilin noyabrından işsizdir.

İran millisini son olaraq Karluş Keyruş çalışdırıb. O, DÇ-2018-dən sonra baş məşqçi postundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button