İran millisi italyana tapşırılacaq
İtaliyalı mütəxəssis Vinçentso Montellanın yeni iş yeri məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis İran millisinə rəhbərlik etməyə yaxındır. İran Futbol Federasiyasının italyan çalışdırıcıya rəsmi təklif göndərdiyi, Montellanın da bir neçə gün vaxt istədiyi bildirilib.
Montellanın federasiyayla razılaşacağı təqdirdə, illik 1,5 milyon avro məvacib alacağı, 3 illik sözləşmə imzalayacağı bildirilir.
Montella daha əvvəl “Roma”, “Kataniya”, “Fiorentina”, “Milan” kimi klublarda çalışıb. Onun son iş yeri İspaniyanın “Sevilya” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin