İran klubundan Qazaxıstan millisinin baş məşqçisinə sərfəli təklif

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov İranın “Persepolis” komandasını çalışdıra bilər.

Komanda.az “Leqalbet”-ə istinadən xəbər verir ki, İran klubunun maraqlarını təmsil edən bir neçə vasitəçi Çerçesova onların komandasına rəhbərlik etmək təklifi ilə müraciət edib.

“Persepolis” böyük turnirlərdə təcrübəyə malik məşqçi axtarır. Üstəlik, iranlılar Çerçesova Qazaxıstan millisindəki hazırkı qazancından çox maaş təklif etməyə hazırdırlar.

Çerçesovun Qazaxıstan millisi ilə ən azı 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər çalışacağı daha əvvəl bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button