İran klubundan “Neftçi”yə oyun təklifi

Azərbaycan Premyer Liqasının qış çempionu “Neftçi” İranın “İstiqlal” komandası ilə yoxlama oyunu keçirə bilər.

Komanda.az xəbər verir ki, oyunun Antalyada baş tutacağı bildirilir. Bu barədə İran mətbuatı xəbər yayıb. Yoxlama görüşünün dəqiq tarixi isə bəlli deyil.

“İstiqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına hazırlaşır. Tehran komandasını 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button