“İrəvan”a texniki məğlubiyyət verildi, cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, iclasda birinci liqanın oyunları zamanı baş vermiş qayda pozuntularından sonra aşağıdakı qərarlar qəbul edilib:
18-ci turun “İmişli” – “Araz Saatlı” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir.
“İmişli” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir.
18-ci turun “Şamaxı” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilir.
18-ci turun “İrəvan” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir.
18-ci turun “İrəvan” – “Zaqatala” oyununda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilir.
“İrəvan” – “Zaqatala” oyununun 83-cü dəqiqəsində “İrəvan” klubunun heyətində 99 nömrəli futbolçu Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş 8 nömrəli futbolçu Kamil Mahmudov daxil olduğuna görə “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “İrəvan” klubu 400 manat cərimə edilir.
18-ci turun “Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir.
18-ci turun MOİK – “Difai Ağsu” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir.
MOİK – “Difai Ağsu” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilir.
Bizi Facebook-da izləyin