İquaynın oyun keyfiyyəti müzakirə mövzusu deyil – Kapello


İtaliyalı mütəxəssis Fabio Kapello, “Milan”dan ayrılması gündəmdə olan Qonsalo İquayn haqqında danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis, İquaynın “Milan”da qalacağına ümid etdiyini deyib:

“Mən “Real”da çalışarkən, İquayndan ən yaxşısını əldə etmişəm. İndi isə mən onun qol vurmaqdan çox uzaq olduğunu görürəm. İnanıram ki, o, “Milan” üçün çalışmaqda davam edər və qollar vurar.

Onun oyun keyfiyyəti müzakirə mövzusu deyil, amma məncə, İquayn öz oyun keyfiyyətlərini bilən məşqçi ilə çalışmaq istəyir. O, öz oyununu göstərsə, ondan daha yaxşı futbolçu olmaz. Biz ondan nə istədiyini soruşmalıyıq: qalmağı planlaşdırır, ya yox? Amma məncə, indi bu qərar üçün doğru zaman deyil. Bunlar yayda verilməli olan qərarlardır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button