İquayndan şok qərar: Milli karyerasını başa vurdu

İngiltərənin “Çelsi” klubunun hücumçusu Qonsalo İquayn gözlənilməz qərarla gündəmə gəlib.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu Argentina yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.

O, bu barədə qərarını mətbuatına açıqlamasında bəyan edib: “Dərin-dərin düşündüm və zamanın çatdığına qərar verdim. Argentina yığmasının baş məşqçisi artıq bundan sonra mənə görə narahat olmaya bilər. Çünki yığmadakı karyeramı başa vururam”.

İquayn Argentina yığmasında 75 oyuna çıxıb, 31 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button