İquayn “Yuventus”la sağollaşdı, Bekhemin yanına gedir
İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonsalo İquaynla yollarını ayıracağı dəqiqləşib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi üçün anlaşıb. “Qoca sinyora”nın baş məşqçisi Andrea Pirlonun planlarına daxil olmayan 32 yaşlı futbolçu İtaliyaya gedərək, komanda yoldaşları ilə sağollaşıb.
Argentinalı futbolçunun azad agent kimi Devid Bekhemin klubuna – “İnter Mayami”yə transfer olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin