İquayn “Yuventus”dan getdi – RƏSMİ

İtaliya çempionu “Yuventus” hücumçusu Qonsalo İquayn ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Argentinalı hücumçuya xidmətlərinə görə təşəkkür edən Turin klubu, ona gələcək karyerasında uğurlar arzulayıb.

İquayn 2016-cı ildə “Napoli”dən 90 milyon avroya “Yuventus”a transfer edilmişdi. 2018/19 mövsümünü icarə əsasında “Milan” və “Çelsi”də keçirən futbolçu, “Yuventus” formasıyla çıxdığı 149 matçda 66 qol sevinci yaşayıb.

İtaliya mətbuatının yazdığına görə, İquayn karyerasını İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubunda davam etdirəcək. “Yuventus” Qonsalonu “Barselona”nın uruqvaylı hücumçusu Luis Suares və ya “Roma”nın bosniyalı forvardı Edin Dzeko ilə əvəz edəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button